"Baykar" Ukraynadakı İHA zavoduna 100 milyon dollar sərmayə qoyur

Türkiyənin "Baykar" şirkəti Ukraynada İHA istehsalı zavodunun tikintisinə təxminən 100 milyon dollar sərmayə qoyur.

Bizimxeber.az bildirir ki, bu barədə şirkətin baş direktoru Haluk Bayraktar Kiyevdə keçirilən beynəlxalq müdafiə sənayesi forumunda bildirib.

"Biz təxminən 100 milyon dollar sərmayə qoymağı planlaşdırırıq və proses artıq başlayıb. Artıq tikinti başlayıb. Tamamlanması təxminən 1,5 il çəkəcək", - Bayraktar bildirib.

Türkiyədəki səfir Vasili Bodnar ötən ilin avqustunda Baykar şirkətinin Ukraynada Bayraktar hücum dronlarının istehsalı üçün zavod tikəcəyini və bunun üçün artıq torpaq sahəsi aldığını bildirmişdi.