Baydenin oğlu qanunsuz silah saxlamaqda təqsirli bilindi

ABŞ prezidenti Coo Baydenin oğlu Hanter Bayden silah saxlama ittihamı ilə təqsirli bilinir.

Bizimxeber.az "Associated Press"ə istinadən bildirir ki, H.Baydeni ümumilikdə üç ittiham üzrə təqsirli bilinir.

İttihama görə, kiçik Bayden narkotik vasitələrdən istifadə edib, bu da onu tapança almaq hüququndan məhrum edib. O, 2018-ci ilin oktyabrında dələduzluq yolu ilə silahı alıb və sahibi olub.

Eyni zamanda, vəkilləri iddia edir ki, həmin şəxs həyatını yaxşılığa doğru dəyişməyə çalışıb və 2018-ci ilin avqust ayının sonunda reabilitasiya proqramını başa vurub. Onların arqumentlərini dəstəkləmək üçün müdafiə tərəfi müttəhimin qızı Naomi də daxil olmaqla üç şahidi çağırıb.