ABŞ prezidenti Co Bayden, sabiq ABŞ prezidenti Trampın açıqlamalarına cavab vermək məcburiyyətində qalıb.
Bizimxeber.az “The Hill”ə istinadən bildirir ki, Ağ Evin hazırkı rəhbəri Trampın sözlərini “dəhşətli və təhlükəli” adlandırıb.
O, həmçinin Trampın potensial ikinci müddətinin Amerikanın xarici əlaqələrini korlayacağı və ABŞ düşmənlərini cəsarətləndirəcəyi barədə xəbərdarlıq edib.
"Donald Trampın Putinə müharibəni və zorakılığını davam etdirmək, azad Ukraynaya vəhşicəsinə hücumunu davam etdirmək və təcavüzünü Polşa və Baltikyanı ölkələrə yaymaq üçün yaşıl işıq yandırmaq niyyətində olduğunu etiraf etməsi dəhşətli və təhlükəlidir", - Bayden dedi.