Baydendən Putinə mesaj - "NATO tezliklə 32 ölkə olacaq"

ABŞ prezidenti Co Bayden Şimali Atlantika Alyansının indi həmişəkindən daha möhkəm olduğunu deyib.

Bizimxeber.az bildirir ki, o, Rusiyanın hesablamalarına baxmayaraq, Ukraynaya dəstəyinin zəifləməyəcəyini vurğulayıb.

ABŞ prezidenti vurğulayıb ki, indi Alyans son yetmiş onillikdə olduğu kimi qlobal təhlükəsizlik və sabitliyin sütunudur.

O, NATO-nun tezliklə 32 ölkə olacağına ümid etdiyini ifadə edərək, bu vəziyyəti NATO tarixinin ən güclü dövrü adlandırıb.

Ukraynada genişmiqyaslı müharibədən danışan Bayden Rusiyanın Alyansda parçalanmağa ümid etdiyi barədə əvvəllər səsləndirilən tezisi təkrarlayıb: "Putin torpaq və hakimiyyət şövqü ilə Ukraynaya qarşı amansız müharibəyə başladı. NATO-nun dağılacağını gözləyirdi. O, ilk sınaqda birliyimizin dağılacağını düşünürdü. Demokratik liderlərin zəif olacağını düşünürdü. Amma o, səhv idi”.

Amerika prezidenti ABŞ və NATO-nun Ukraynaya dəstək rolunu, xüsusilə də Ukraynanın həm indi, həm də gələcəkdə özünü müdafiə edə bilməsini təmin edən 50-dən çox ölkədən ibarət koalisiyanın yaradılmasını vurğulayıb: "Biz geri çəkilməyəcəyik. Geri çəkilməyəcəyik! Bunu vurğulayıram. Ukraynaya bağlılığımız sarsılmayacaq. Biz bu gün, sabah və nə qədər lazımdırsa, azadlığı dəstəkləyəcəyik!".