Bayden Ukraynaya daha böyük hərbi yardım paketi göndərir - Yardımlar 3 milyarda çatır

"ABŞ Rusiyanın Ukraynaya təcavüzünü daha geniş aspektdə müzakirə edir və Vaşinqtona qarşı Rusiyadan potensial kiberhücumlar ediləcəyini bilir".

Bizimxeber.az "reuters"ə istinadən bildirir ki, bu barədə ABŞ prezidenti Co Bayden çıxışı zamanı deyib.

Həmçinin məlumatda qeyd olunur ki, ABŞ prezidenti Co Baydenin yaxın günlərdə Ukraynaya keçən həftə elan edilmiş 800 milyon dollar həcmində olan hərbi yardım paketindən daha böyükünün elan edəcəyi gözlənilir.

Qeyd edək ki, Bayden administrasiyası keçən həftə artilleriya sistemləri, artilleriya mərmiləri, zirehli personal daşıyıcıları və pilotsuz sahil müdafiə katerləri də daxil olmaqla 800 milyon dollarlıq əlavə yardım elan edib.

Əgər bu həftəki yardım paketi gözlənildiyi qədər böyük olarsa, Rusiyanın işğalından sonra ABŞ-ın Ukraynaya ümumi hərbi yardımı 3 milyard dollardan çox olacaq.

Bizimxeber.az