Bayden Trampı sərhəd təhlükəsizliyi məsələsində əməkdaşlığa çağırdı

ABŞ prezidenti Co Bayden sələfi Donald Trampı sərhəd təhlükəsizliyi məsələsində əməkdaşlığa çağırıb.

“Mən cənab Trampa deyəcəyim budur: Siyasət oynamaq əvəzinə... mənə qoşulun və mən də Konqresə sərhəd təhlükəsizliyi qaydalarını qəbul etməyi söyləmək üçün sizə qoşulacam”, - Amerika lideri bildirib.

Tramp əvvəllər Baydeni qüsurlu insan adlandırmışdı.

Ağ Ev həmçinin bildirib ki, həkimlər Baydenin zehni qabiliyyətlərini fiziki müayinənin bir hissəsi kimi sınaqdan keçirməyiblər.