Bayden Rusiyanın aktivlərini Ukraynaya verir

Rusiyalı şəxslərin dondurulmuş aktivlərinin Ukraynaya yardım üçün göndəriləcək.

Bizimxeber.az bildirir ki, bu barədə ABŞ prezidenti Co Bayden aktivləri Ukraynaya verə biləcək yeni mexanizm təklif edib. 

"Prezident Ukraynadakı vəziyyətə görə Rusiya hökuməti və rus oliqarxlarının məsuliyyət daşımasını təmin etmək üçün ABŞ hökumətinə əlavə imkanlar verəcək hərtərəfli qanunlar paketi üçün təkliflər göndərəcək" - deyə Ağ Evin bəyanatında bildirilir.

Baydenin təklifləri, xüsusən də, Ukraynaya yardımı maliyyələşdirmək üçün sanksiyaya məruz qalan şəxslərin müsadirə edilmiş aktivlərindən istifadə edilməsini tələb edir.

Ağ Ev izah edib ki, Dövlət Departamenti, Ədliyyə Departamenti və ABŞ Maliyyə Nazirliyi “korrupsiya, sanksiyaların pozulması və ixraca nəzarət tədbirləri, eləcə də bir sıra digər qanun pozuntuları səbəbindən”dondurulmuş aktivlərin istifadəsi ilə bağlı birgə qərar verəcək.

Bundan əlavə, Baydenin təklifi, ABŞ-a sanksiyalara məruz qalmış rus oliqarxlarının Birləşmiş Ştatlarda əmlakını müsadirə etmək üçün Xəzinədarlıq və Ədliyyə Departamentinin iştirakı ilə daha çevik inzibati prosses yaratmağa imkan verəcək.