Bayden Navalnının həyat yoldaşı ilə görüşdü - FOTOLAR

ABŞ prezidenti Co Bayden Aleksey Navalnının həyat yoldaşı Yuliya və qızı Dariya ilə görüşüb.

Bizimxeber.az bildirir ki, bu barədə Amerika liderinin "X" səhifəsində məlumat verilib.

Bayden mərhum siyasətçinin ailə üzvlərini dəstəklədiyini bildirib və Navalnının irsinin onlarda yaşayacağını qeyd edib.

Görüşün dəqiq harada keçirildiyi açıqlanmır.

“Bu gün mən Aleksey Navalnının qohumları Yuliya və Daşa Navalnı ilə görüşdüm, onlara faciəvi itkisinə görə başsağlığı verdim. Alekseyin cəsarət irsi Yuliya və Daşada, eləcə də bütün Rusiyada demokratiya və insan hüquqları uğrunda mübarizə aparan saysız-hesabsız insanlarda yaşayacaq" - deyə bayden yazıb. Yuliya və Daria Navalnaya ilə görüşdən sonra Bayden Aleksey Navalnının ölümü ilə əlaqədar Putinə qarşı sanksiyaları şəxsən tətbiq edəcəyini bildirib,

O vurğulayıb ki, siyasətçinin ölümünə görə məhz Putin məsuliyyət daşıyır.