Bayden dünyaya “nüvə Armageddonu” təhlükəsindən danışdı

ABŞ prezidenti Co Bayden nüvə silahından istifadənin bütün dünya üçün “Armageddon”la bitə biləcəyini deyib.

Bizimxeber.az bildirir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb .

Baydenin sözlərinə görə, dünya 1962-ci ildə Karib böhranından sonra ilk dəfədir ki, nüvə silahının istifadəsi ilə bağlı birbaşa təhlükə ilə üzləşir. O, aydınlaşdırıb ki, vəziyyət hazırda indiki kimi davam edərsə bu, mümkündür: "Mən usiyalı həmkarım Vladimir Putini yaxşı tanıyıram. Buna görə də o, taktiki nüvə, bioloji və ya kimyəvi silahların potensial istifadəsi haqqında danışarkən zarafat etmir". 

Co Bayden çıxışı zamanı Rusiyanı Avropa ölkələrinə qarşı nüvə təhdidləri səbəbindən nüvə silahının yayılmaması rejimini pozmaqda ittiham edib.