Bayden də Kraliçanın dəfnində iştirak edəcək

ABŞ Prezidenti Co Bayden Böyük Britaniya kraliçası II Elizabetin dəfn mərasimində iştirak edəcək.

Bu barədə məlumatı Ağ Evə istinadən “NBC” telekanalı yayıb.

Xatırladaq ki, kraliça II Elizabet sentyabrın 8-i 96 yaşında dünyasını dəyişib.