ABŞ prezidenti Co Bayden 1,2 trilyon dollarlıq büdcəni imzalayıb və eyni zamanda Nümayəndələr Palatasını layihəni Ukrayna, İsrail və Tayvanın dəstəyi ilə qəbul etməyə çağırıb.
Bizimxeber.az bildirir ki, bu barədə Ağ Evin mesajında deyilir.
"Konqresin işi başa çatmayıb. Nümayəndələr Palatası əlavə maliyyələşdirmə haqqında (Ukrayna, İsrail və Tayvan üçün) ikipartiyalı qanun qəbul etməlidir..." - ABŞ prezidenti bildirib.
Onun sözlərinə görə, imzaladığı ikipartiyalı hökumətin maliyyələşdirilməsi haqqında qanun layihəsi hökumətin işini davam etdirir, Amerika xalqına sərmayə qoyur, iqtisadiyyatı və milli təhlükəsizliyi gücləndirir. "Bu razılaşma kompromisdir, yəni heç bir tərəf istədikləri hər şeyi əldə etmədi" deyə Bayden bildirib.