Baxmut tam mühasirəyə alındı - Priqoji Zelenskiyə səsləndi

"Artemovsk (Baxmut) Rusiya qüvvələri tərəfindən mühasirəyə alınıb".

Bizimxeber.az bildirir ki, bu barədə “Vaqner”in sahibi Yevgeni Priqojin bildirib. 

“Vaqner"i qrupu faktiki olaraq Baxmutu mühasirəyə alıb, yalnız bir yol açıqdır. Əgər əvvəllər bizimlə peşəkar Ukrayna ordusu döyüşürdüsə, bu gün daha çox qoca və uşaq görürük”, - deyə Priqojin bildirib.

Yevgeni Priqojin Zelenskiyə səslənərək bildirib ki, yaşlıları və uşaqları şəhərdən çıxartsın: "Döyüşürlər, amma Baxmutun və ordakı döyüşçülərin ömürü qısadır, bir-iki gün. Onlara şəhəri tərk etmək imkanı verin, şəhər mühasirəyə alınıb”, - deyə Priqojin bildirib.