Barbados və Marşal Adaları da Ukraynanı dəstəklədi

İsveçrədə keçirilən ilk Sülh Sammitinin kommunikesini iki yeni dövlət də imzalayıb.

Bizimxeber.az bildirir ki, bu barıdə Vladimir Zelenski açıqlama verib.

Zelenski Barbados və Marşal Adaları Respublikasına ilk Sülh Sammitinin yekun kommünikesinə qoşulduqlarına görə təşəkkür edib.

"Biz ada dövlətlərindən olan tərəfdaşlarımızı yüksək qiymətləndiririk və hər kəsi Ukrayna və bütün dünya xalqları üçün ədalətli sülh vizyonunu inkişaf etdirmək üçün bizə qoşulmağa çağırırıq. Hər kəs öz töhfəsini verə bilər", - o vurğulayıb.

Onun sözlərinə görə, bu, ilk Sülh Sammitindən sonra beşinci və altıncı yeni kommünike imzalarıdır. "Biz onların sayının artmaqda davam etməsi üçün işimizi davam etdiririk" deyə Zelenski bildirib.