Bakının mərkəzində yol çökdü - FOTOLAR

Şeyx Şamil küçəsində çökən yolda təmir işləri başa çatıb.

"İçərişəhər" metro stansiyasının yaxınlığında çökən yolun təmir işləri başa çatıb.

***

Bakının Səbail rayonu ərazisində yol çöküb. Milli.Az xəbər verir ki, hadisə Səbail rayonu Şeyx Şamil küçəsində "İçərişəhər" metro stansiyasının yaxınlığında baş verib.

Yolun çökdüyü hissəyə xüsusi zolaq çəkilib. Artıq əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin texnikası və əməkdaşları cəlb olunublar, təmir işləri görülür. Məlumata görə, gün ərzində yolun çökmüş hissəsi tam təmir olunacaq.