Bakıdan hələ müsbət cavab almamışıq - Mirzoyan

Ermənistan bir ay ərzində Azərbaycanla sülh müqaviləsi imzalamağı real hesab edir, lakin bu təklifə Bakıdan müsbət cavab almayıb. 

Bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Tiflisdə gürcüstanlı həmkarı İlya Darçiaşvili ilə görüşdə deyib.

“Mən artıq dedim ki, biz bu mühüm sənədi Azərbaycanla yekunlaşdırıb imzalaya bilərik. Amma hələlik təklifimizə müsbət reaksiya verilməyib. Bəzən prosesi gecikdirmək üçün yeni, süni maneələr yaradılır”, - Mirzoyan bildirib.