Bakıda torpağın bir sotu yarım milyon manata satılır - VİDEO

Bakıda torpağın bir sotunun yarım milyon manata satıldığı ərazilər var.

Ən bahalı torpaq sahələri Səbail, Nərimanov, Nəsimi və Yasamal rayonlarının mərkəzə doğru hissələridir. Əmlak eksperti Elnur Fərzəliyevin sözlərinə görə, hazırda bu ərazilərdə, kənd yollarında, qeyri-yaşayış obyekti üçün yararlı torpaq sahələrinin qiyməti artmaqdadır.

Bununla belə, Bakıətrafı və qəsəbələrdə, həmçinin Abşeron ətrafına qədər ucuz qiymətə satışa kənd təsərrüfatı əraziləri də var. Sözügedən ərazilərdə torpaqların qiymətləri iki min manatdan başlayır, 20 min manata qədər tələb olunur. Belə torpaq sahələrini əsasən Sabunçu, Binəqədi, Suraxanı, Qaradağ rayonlarında qurmaq mümkündür.

Qeyd edilib ki, yaxın illərdə torpaq sahələrinin ucuzlaşacağı gözlənilmir. Əksinə, əvvəl-ilə qiymətlər yüksəlir.