“Bakıda Durovla görüşməmişəm” - Putin ilk dəfə danışdı

“Bakıda teleqramın təsisçisi Pavel Durovla görüş keçirməmişəm”. 

Bizimxeber.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunun plenar sessiyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hətta Durovun Bakıda olmasından xəbərsiz olub. 

Rusiya lideri qeyd edib ki, sahibkarla illər əvvəl cəmi bir dəfə Moskvada görüşüb və Durov bu  görüş zamanı biznesinin inkişafı barədə planlarından bəhs edib.

O, həmçinin əlavə edib ki, digər ölkələrinin rəhbərliyindən fərqli olaraq Rusiyanın Pavel Durova hər hansı iradı olmayıb.