Bakıda dəmir yolunu kim sökür? - Qurumlar xəbərsizdir

Azərbaycan Dəmir Yolları QSC-nin xətlərinin söküldüyü iddia edilib.  

Bizimxeber.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. İddia edilib ki, xətlər kəsilir, avtomobil yolu salınır.

QSC-dən bildirilib ki, texnika işləyən ərazi quruma məxsus deyil. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli isə deyib ki, ərazidə agentlik heç bir iş görmür.