Bakıda 3 polis öldürüldü - Polisləri öldürən şəxs zərərsizləşdirildi


Azərbaycan paytaxtı Bakıda silahlı toqquşmada 3-ü polis olmaqla 5 şəxsin öldüyü  açıqlamıb. 

Bizimxeber.az bildirir ki, bununla bağlı iyunun 24-də Daxili İşlər Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayıb. 

Onların məlumatına görə, iyunun 24-də paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində axtarışda olan 1986-cı təvəllüdlü Rövşən Allahverdiyevi polis  saxlayarkən  o, silahlı müqavimət göstərib.

Rəsmi açıqlamada deyilir ki, o, polis əməkdaşlarına mane olmaq məqsədilə ailə üzvlərini önə verərək yayınmağa və cavab tədbirlərinin qarşısını almağa cəhd edib: “Lancaster” markalı ov silahından atəş açaraq 3 nəfər polis əməkdaşını və 1 nəfər mülki vətəndaşı qətlə yetirib”
Davam etdirilən tədbirlərlə R.Allahverdiyevin də öldürüldüyü bildirilir.

Hələlik, rəsmi açıqlamaya R.Allahverdiyevin yaxınları və vəkilinin münasibəti bəlli deyil. Həmçinin hələlik öldürülən mülkü şəxskin kimliyi də bəlli deyil. Onun nəyə görə, axtarışa verildiyini isə öyrənmək mümkün olmayıb.