Bakıda 15 yaşlı qız özünü binadan atdı

Bakıda yeniyetmə qız intihar edib. 

Hadisə Nizami rayonu Özbəkistan küçəsi 1 ünvanında yerləşən binada baş verib.

15 yaşlı A.Məmmədova (şərti) özünü binanın 13-cü mərtəbəsindən atıb. O, hadisə yerində vəfat edib.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır.