Bakı yenə yağış suları altında qaldı - FOTO- VİDEO

Oktyabrın 21-də başlayan və bu gün də davam edən leysan yağışları Bakıda yolları, keçidləri, fərdi yaşayış binalarını su basıb.

Bizimxeber.az bildirir ki, Bakının Suraxanı rayonunun Zığ kəndində fərdi yaşayış evlərində kanalizasiya olmadığından sel suları küçələri və yolları basıb.

Artıq bir neçə aydır təmir işləri aparılan 8 Noyabr prospektinin bəzi hissələri də su altında qalıb. Sabunçu kəndinə yağan güclü yağış nəticəsində tunel də su altında qalıb, xilasedicilər hadisə yerinə cəlb olunub.

Bakının Nərimanov rayonunda yağan yağışdan sonra "Bağırov" körpüsünün altındakı tunel də su altında qalıb.

Sosial şəbəkələrdə Xəzər Universitetinin yeməkxanasını su basması ilə bağlı videogörüntülər yayılıb.

Yağışlar Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının binasına da ziyan vurub, tavandan yağış suyunun axdığını əks etdirən kadrlar yayımlanıb.

Xəzər rayonunun Mərdəkan kəndi yaxınlığındakı tunel də su ilə dolub. Nəticədə avtomobillər və avtobus su altında qalıb. Buzovnadakı bütün yol tunelləri su ilə dolub. Şağan qəsəbəsinin bütün küçələri sel suları altında qalıb. 

Bakının Yasamal rayonunda aramsız yağan yağışlar nəticəsində ikimərtəbəli bina uçub. Rayon icra hakimiyyətindən bildirilib ki, hadisə bu gün səhər saat 07:10 radələrində baş verib.

Abdulla Şaiq küçəsi 10 ünvanında ev uçub.