Bakı sakini qayçı udub - Foto

Bakıda yad cisim (qayçı) udan vətəndaş əməliyyat olunub.

Bu barədə  Nərimanov Tibb Mərkəzindən məlumat verilib.

Belə ki, təcili tibbi yardım avtomobili ilə başqa tibb müəssisəsindən 06.09.2022-ci il saat 22:10 radələrində yad cisim (qayçı) udan vətəndaş Nərimanov Tibb Mərkəzinə yerləşdirilib. Tibb müəssisəsində xəstə müayinə edilib. Kompüter tomoqrafiya (KT) və rentgenoloji müayinələr nəticəsində qida borusunun praksimalında qayçı aşkarlanıb və xəstə təcili olaraq əməliyyata götürülüb və yad cisim ağız boşluğundan xaric olunub. 

Xəstə bir gün Reanimasiya şöbəsində həkim nəzarəti altında qalıb. Daha sonra palataya köçürülüb. Hazırda müvafiq müalicələrə davam edilir.

Xəstənin vəziyyəti isə orta ağır qiymətləndirilir.