“AZERCELL” dən şikayət - “1 GB internet bir az da dözmür

Şikayətim “Azercell”dəndir. İnternet həddindən artıq bahadır. 20 manat da versən, 50 manat da versən sürət eynidir.

Bizimxeber.az xəbər verir ki, bu şikayətçi Nərgiz Məlikova (ad şərtidir) bildirib ki, əvvəllər 1 gb internet bir ay dözürdü, indi isə tez bitir:

“Əvvəl filmlərə baxa bilirdim, indi internetdə 5 dəqiqə oturmamış MB bitir. “Azercell”, vallah ayıbdır, bir az titrə, papağını qabağına qoy, özünə gəl. Hər prosesin onlayn həyata keçdiyi bir vaxtda bir az qiymətləri endir, ya da MB vaxtını uzat. İşimlə əlaqəli internet çox lazım olur, evdə də modem yoxdur, binaya da net çəkdirməyə icazə vermirlər”. /Tia.az/