Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilib.
Bizimxeber.az bildirir ki, Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 7-də bununla bağlı Sərəncam imzalayıb.
Sərəncamda Mərkəzi Seçki Komissiyasına növbədənkənar Prezident seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb.