Azərbaycanda məmurdan baxımlı qol - Video

Dövlət qurumları arasında keçirilən minifutbol turnirinə start verilib.  

Turnirin açılış matçında KOBİA və SOCAR komandaları üz-üzə gəlib.

Qarşılaşma KOBİA-nın 1:0 hesablı qələbəsi ilə başa çatıb. KOBİA-ya qələbə qazandıran yeganə qola qurumun İdarə Heyətinin sədri Orxan Məmmədov imza atıb.

Qeyd edək ki, Orxan Məmmədov eyni zamanda, “Zirə” futbol klubunun Müşahidə Şurasının sədri, Azərbaycan Minifutbol Federasiyasının fəxri prezidentidir.