Dünya bazarlarında “Azeri Light” markalı Azərbaycan neftinin qiyməti ucuzlaşıb.
“Bizmxeber.az” xəbər verir ki, neftin bir bareli 76,64 ABŞ dollarına düşüb, bu da əvvəlki günə nisbətən 1,66 ABŞ dolları və ya 2,12% azalma deməkdir. Ötən gün “Azeri Light” neftinin qiyməti 78,3 ABŞ dolları olub.
Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları olub.