Azərbaycan Müdafiə Nazirliyinin bəyanatı

Noyabrın 22-də saat 22:00-da Azərbaycan ordusunun bölmələri tərəfindən guya atəşə tutulması barədə Ermənistan Müdafiə Nazirliyinin məlumatı tamamilə yalandır və həqiqətə uyğun deyil.

Bizimxeber.az bildirir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi bildirib.

"Biz Ermənistan Müdafiə Nazirliyi tərəfindən yayılan bu məlumatı qəti şəkildə təkzib edirik " , - hərbi idarənin bəyanatında deyilir.