“Azər-Türk Bank” filial açılması ilə bağlı tələbləri pozub

"Azər-Türk Bank” filial açılması ilə bağlı Mərkəzi Banka verilməli olan yazılı müraciəti gecikdirib.

Bu barədə Mərkəzi Bankdan bildirilib.

Qeyd edilib ki, filialın açılması barədə qərarın qəbul edildiyi tarixdən 7 iş günü müddətində Mərkəzi Banka yazılı bildiriş göndərilməsi ilə bağlı "Banklar haqqında” Qanunun 11.2-1 bəndi ilə müəyyən edilmiş tələbə "Azər-Türk Bank” ASC tərəfindən vaxtında riayət edilməməsi ilə əlaqədar olaraq Qanunun 47-ci maddəsinin tələblərini rəhbər tutaraq Mərkəzi Bank tərəfindən "Azər-Türk Bank” ASC-yə daxili prosedurlarının təkmilləşdirilməsi ilə bağlı icrası məcburi göstəriş verilib.