AXCP üzvü 6 il müddətinə azadlıqdan məhrum edilib

Bakı Ağır Cinayətlər Məhkəməsi hakim Elnur Nuriyevin sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Elbəyi Kərimlini 6 il həbsə məhkum edib.

Bu barədə Turana vəkil Nemət Kərimli bildirib. O məhkəmə hökmündəm apellyasiya şikayəti verəcəyini bildirib. Vəkil Turana  deyib ki, Elbəyi Kərimli narkotik maddələrin dövriyyəsində ittiham olunur.

“Elbəyi Kərimli məhkəmədə bildirdi ki, ittihamı qəbul etmir, siyasi sifarişdir. O dedi ki, həbsinin əsas səbəbi ötən ilin yayında Baakıda Heydər Əliyevin heykəli üzərinə "Stalin" sözləri yazmasıdır. Bundan dərhal sonra o saxlanılıb. Saxlanıldığı Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsində ona işgəncələr verildikdən sonra narkotik ittihamını qəbul edib", vəkil qeyd edib.

AXCP bildirir ki, Elbəyi Kərimli 2023-cü ilin avqustunda həbs olunub. AXCP 2 ay müddətində ondan xəbər ala bilməyib. Oktyabrın 25-də məlum olub ki, o, narkotiklərin qanunsuz dövriyyəsi ittihamı ilə həbs edilib və 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılır.Rəsmi qurumlar məsələ ilə bağlı heç bir açıqlama verməyib.