Avropanın ən böyük qaz istehsalçısı Moskvada oğurlandı

Avropanın ən böyük qaz istehsalçısının nümayəndəliyinin baş direktoru Moskvanın mərkəzində oğurlanıb.

Bizimxeber.az bildirir ki, onu üç gün sonra - Ukrayna ilə sərhəddən bir neçə kilometr aralıda Bryanskda tapıblar.

SİAD Rus-un 56 yaşlı rəhbəri Stefano Guidotti Sadovaya-Triumfalnaya küçəsində tutularaq BMW-yə mindirilib. Axşama doğru italiyalının qohumları polisə müraciət ediblər. 

Müstəntiqlər avtomobili Bryanskda, Novostroyka mikrorayonunda tapıblar. Və cinayətkarlar tutulub. İtaliyalının vəziyyəti yaxşıdır. Onun niyə döyüldüyü,  qonşu ölkəyə aparıldığını hüquq-mühafizə orqanları indi araşdırır.