Avropa yeni formada təşkilatlanmalı, Rusiya ilə münasibətlərinə yenidən baxmalıdır. Sonra tam və ədalətli dünya nizamı qurmağa başlamalıdır.
Bizimxeber.az bildirir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron beynəlxalq sülh konfransında bildirib.
Onun sözlərinə görə, Avropanın təkcə Avropa Birliyi və NATO olmadığını nəzərə alsaq, bütün maraqlı oyunçuların “sabahın Avropasında sülh” haqqında düşünməsinin vaxtı çatıb.
“Biz Avropanın siyasi icmasını inkişaf etdirməyə çalışırıq, lakin biz Avropa üçün yeni təşkilat forması haqqında düşünməli, sonra bu Avropa qitəsində sülh haqqında düşünərək Rusiya ilə əlaqələrimizi yenidən nəzərdən keçirməli olacağıq”, - deyə Makron bildirib.
Hazırkı dünya nizamı natamam və ədalətsiz olduğundan Avropa və digər ölkələr yeni dünya düzəninin qurulmasına diqqət yetirməlidirlər. Bu, dövrümüzün ən böyük çağırışıdır.
Onun sözlərinə görə, hazırkı nizam İkinci Dünya Müharibəsinin sonunda hazırlanıb. O, sonradan yaranan və üstünlük təşkil edən problemləri - iqlim dəyişikliyini və texnoloji inqilabı nəzərə almadı.
Makron həmçinin bildirib ki, indiki dünya düzəninin formalaşdığı dövrdə mövcud olmayan sıx məskunlaşmış ölkələr beynəlxalq təşkilatlarda daha fəal iştirak etməlidir. O əlavə edib ki, BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxış edərkən bu məsələyə toxunacaq.