"Avropa rəsmiləri artıq Viktor Orbanı sındırıb"- İvan Mezuho

“Biz Macarıstanın sədrliyindən bütün Aİ-nin Rusiyaya qarşı kursunda köklü dəyişiklik gözləməməliyik. Birincisi, Macarıstan Aİ-də azlıqdadır. İkincisi, sədr Aİ-nin meneceri demək deyil”.

Bizimxeber.az bildirir ki, bunu politoloq İvan Mezuho deyib. 

Politoloqun fikrincə, Avropa rəsmiləri artıq Macarıstanın baş naziri Viktor Orbanı əyib, lazımi məsələlərə səs verməyə razı sala biliblər: "Və o, hətta ictimai bəyanatlarında qəbuledilməz olduğunu bildirdiyi məsələlərdə də anti-Rusiya sanksiyalarına səs verib”.

Mezuho deyib ki, Macarıstan sədrlikdən “milli maraqlarını qorumaq üçün” istifadə etməyə çalışacaq.