İranın şənbə gecəsi İsrailin Suriyadakı konsulluğunun binasına hücumuna görə qisas alması dünyanın diqqətini Yaxın Şərqə çəkib.
Bizimxeber.az bildirir ki, Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell bəyan edib ki, Aİ İranın İsrailə hücumlarını kəskin şəkildə pisləyir.
Böyük Britaniyanın baş naziri Rişi Sunak, "X" hesabında etdiyi paylaşımda, "İran rejiminin İsrailə qarşı ehtiyatsız hücumunu ən şiddətli şəkildə qınayıram. İran bir daha göstərdi ki, öz həyətinə xaos toxumu səpmək niyyətindədir. " qiymətləndirməsini etdi.
Fransanın xarici işlər naziri Stefan Sejourne, "Fransa İranın İsrailə qarşı başlatdığı hücumu qəti şəkildə pisləyir" dedi.
İtaliyanın baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani Tehran və Təl-Əvivdəki səfirlərlə yaxın təmasda olduğunu bildirib və deyib ki, - "Biz baş nazir və müdafiə naziri ilə də danışdıq. Hökumət istənilən məsələni həll etməyə hazırdır".
Hollandiya müvəqqəti hökumətinin baş naziri Mark Rutte sosial media hesabında Yaxın Şərqdəki vəziyyətin çox narahat olduğunu ifadə edərək, “Bu gün səhər saatlarında Hollandiya və digər ölkələr İrana hücumu dayandırması üçün açıq mesaj göndərdilər".
Estoniyanın Baş naziri Kaja Kallas - "İranın İsrailə qarşı ədalətsiz hücumunu ən sərt şəkildə qınayıram. Bu, daha çox insanın həyatını riskə atan ciddi bir hadisədir. Ən mühüm prioritet bölgədə gərginliyin daha da artmasının qarşısını almaqdır".
Bu arada Çin Xarici İşlər Nazirliyi İranın hücumundan sonra artan gərginlikdən dərin narahat olduğunu açıqlayıb, baş verənləri pisləməyib. Lakin tərəfləri təmkinli olmağa çağırıb. Xarici İşlər Nazirliyinin sözçüsü bəyanatda bildirib ki, Çin İranın İsrailə pilotsuz uçuş aparatları və raketlər buraxmasından sonra artan gərginlikdən dərin narahatdır.
"Çin müvafiq tərəfləri gərginliyin daha da artmasının qarşısını almaq üçün sakit olmağa və təmkinli olmağa çağırır", - sözçü İranın hücumları ilə bağlı sualı cavablandırarkən deyib.
Sözçü bu gərginliyin “Qəzza münaqişəsinin əksi” olduğunu və bu münaqişənin yatırılmasının “əsas prioritet” olduğunu bildirib.
BMT-nin baş katibi Antonio Quterreş bildirib ki, beynəlxalq ictimaiyyət İranın İsrailə pilotsuz təyyarə və raket hücumu ilə bağlı yeni müharibəyə tab gətirə bilməz.
Quterreş deyib ki, - "Mən regionda gərginliyin artması təhlükəsindən dərin narahatam. Mən bütün tərəfləri Yaxın Şərqdə bir çox cəbhədə böyük hərbi münaqişələrə səbəb ola biləcək hər hansı hərəkətlərdən qaçmaq üçün maksimum təmkinli olmağa çağırıram. Mən dəfələrlə vurğulamışam. ki, nə region, nə də dünya yeni bir müharibəyə tab gətirə bilməz”.
Bu arada Rusiya bəyanatında İranın məlum hərəkətini dəstəklədiyini elan edib. Rusiya XİN bildirib ki, İranın İsrailə hücumu BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququ çərçivəsində həyata keçirilib.
Ədil Hüseynov