Avronun qiyməti dollardan da aşağı düşdü

Avropa valyutası manat qarşısında tarixi minimuma enib.

Bizimxeber.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, sentyabrın 28-də avronun məzənnəsi 1,6236 manata enib. Bu isə sentyabr ayının 1-i ilə müqayisədə Avropa valyutasının 4,6%, 2022-ci ilin əvvəlindən isə 17,7% ucuzlaşması deməkdir.

Qeyd edək ki, 2022-ci ilin əvvəlində avro 1,9191 manata ticarət edilmişdi.