Avro-2024 və Olimpiadaya hücuma çağıran İŞİD şəbəkəsi məhv edildi

İspaniyada “İslam Dövləti” terror qruplaşması ilə əlaqəsi olan çoxdilli multimedia mərkəzi olan Iam Foundation ləğv edilib.

Bizimxeber.az bildirir ki, bu barədə “El Confidencial ” məlumat yayıb. Əməliyyat İspaniya hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Europol və Amerika Federal Təhqiqat Bürosu ilə birgə həyata keçirilib.

Ölkənin müxtəlif şəhərlərində, o cümlədən Kadizdə də çoxsaylı həbslər edilib. Xüsusən də axtarışlar zamanı Madriddəki Santyaqo Bernabeu stadionuna hücuma çağırış edən plakatlar tapılıb:

Hazırda Almaniyada keçirilən futbol üzrə Avropa çempionatına və Parisdə Olimpiya Oyunlarına ev sahibliyi edən obyektlərə hücumlardan da bəhs edilir. Əməliyyat zamanı 9 nəfər həbs edilib. Onlardan ikisi barəsində həbs-qətimkan tədbiri seçilib.