Argentina Bakıda keçirilən COP29 iqlim sammitindəki iştirakını dayandırıb.
Bizimxeber.az "Theguardian"a istinadən bildirir ki, Argentinanın iqlim üzrə baş müşaviri Ana Lamas, nümayəndə heyətinin sammitdən geri çəkilməsini təsdiqləyib.
Lamas, qərarın yalnız COP 29-a aid olduğunu və Paris razılaşmasından çıxmaq barədə hər hansı bir qərar verilmədiyini vurğulayıb. Bununla yanaşı, iqlim mütəxəssisləri bu addımın Argentina üçün uzunmüddətli mənfi nəticələrə yol aça biləcəyini qeyd ediblər.
Argentinanın COP29-dan geri çəkilməsi, yalnız Cənubi Amerikanın iqlim siyasətində deyil, eyni zamanda qlobal iqlim mübarizəsinin gələcəyində ciddi təsirə səbəb ola bilər. Bu, Paris razılaşmasının sabitliyini və gələcək beynəlxalq əməkdaşlığı təhdid edən bir dönüş nöqtəsi ola bilər.