Apellyasiya Məhkəməsi jurnalist Hafiz Babalını həbsdə saxlaydı

Aprelin 6-da Bakı Apellyasiya Məhkəməsi jurnalist Hafiz Babalının ev dustaqlığına keçirilməsindən imtina ilə bağlı şikayətini təmin etməyib, bu barədə Turan-a onun vəkil Rəsul Cəfərov bildirib.

Jurnalist iclasda bir daha cinayət təqibinin əsassız olduğunu qeyd edib. Babalı bildirib ki, ona qarşı cinayət işi korrupsiya faktları ilə bağlı jurnalist araşdırmalarına görə qisas olaraq açılıb.

*Turan Agentliyinin "iqtisadi xəbərlər" şöbəsinin redaktoru Hafiz Babalı dekabrın 13-də saxlanılıb. Ona qarşı "xarici valyuta qaçaqmalçılığı" ittihamı irəli sürülüb. Məhkəmənin qərarı ilə onun barəsində üç ay ilkin həbs qətimkan tədbiri seçilib. Babalı "Abzas Media"nın işi üzrə məhkəməyə cəlb edilib. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.