Antalya hava limanının tualetində tapılan uşağa Rusiya sahib çıxdı

Rus qadının Antalya hava limanının tualetində doğaraq atdığı uşağa Rusiya vətəndaşlığı verilib. Belə bir şəraitdə sağ qala bilən körpə ilə bağlı vəziyyətə Prezidentin Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belova nəzarət edir.

Bizimxeber.az bildirir ki, Ombudsman Aparatının mətbuat xidmətindən RİA Novosti -yə verilən məlumata görə, azyaşlının sonrakı həyat şəraiti ilə bağlı Rusiyanın müvafiq idarələrinə sorğu göndərilib.

Uşaq Türkiyədə tibb müəssisəsinə yerləşdirilib, Rusiyanın Antalyadakı Baş Konsulluğunda isə körpəyə Rusiya Federasiyası vətəndaşlığı verilib. Doğum haqqında şəhadətnamə də hazırlamıb.

Yeni doğulmuş körpəsini Antalya hava limanında tualetə qoyan rus qadını 20 ilə qədər həbs cəzası gözləyir. Onun əməlləri “ağırlaşdırıcı şəraitlə adam öldürməyə cəhd” maddəsi ilə təsnif edilə bilər.  Hazırda Yekaterina B. və onunla birlikdə hava limanında olan anası həbs edilib.

Qadın özü hamiləliyindən xəbərsiz olduğunu deyib.