Antalya hava limanında xaos - Aviadispetçerlər tətil elan edib

Türkiyənin Antalya hava limanında uçuşlarda gecikmələr yaranıb. 

Məlumata görə, kütləvi fasilələrə səbəb maaşların artırılmasını tələb edən aviadispetçerlərin tətilidir. Bundan əlavə, yüksək turizm mövsümü də öz təsirini göstərib.

Qeyd olunur ki, ləngimə hələ 10 gün davam edəcək.

Eyni zamanda, iyunun 29-da hava limanında 209 min nəfərlik rekord sərnişin axını qeydə alınıb. Liman, əsasən, beynəlxalq olmaqla 1 100-dən çox uçuş həyata keçirib və trafik artmaqda davam edir.