Ankara ABŞ-ın təzyiqlərinə davam gətirəcəkmi? - Enerji təhlükəsizliyi sual altındadır

ABŞ-ın Türkiyəyə Rusiya ilə ticarətlə bağlı təzyiqləri Ankaranın enerji təhlükəsizliyinə xələl gətirir.

Bizimxeber.az bildirir ki, bunu Türkiyənin VATAN (Vətən) Partiyasının sədri Doğu Perinçək deyib.

“Bildiyiniz kimi, Rusiya hökuməti Türkiyəyə güzəştli qiymətlər və enerji resurslarının satışına zəmanət verir”, - deyə o bildirib.

Perinçək əlavə edib ki, Türkiyə Rusiya enerji qaynaqlarının çatdırılması üçün mühüm körpüdür: “Hökumətin ABŞ-ın təzyiqinə boyun əyməsi Türkiyənin qonşularının, xüsusən də enerji təhlükəsizliyimizin asılı olduğu Rusiyanın etibarını sarsıdır”, - deyə siyasətçi bildirib.

Perinçek həmçinin Rusiya ilə ödəmə problemləri səbəbiylə Türkiyənin xarici valyuta qıtlığı yaşaya biləcəyini söylədi.