Amnesty International İranı gənc qadını dərhal azad etməyə çağırıb


Beynəlxalq hüquq təşkilatı Amnesty International İranı təzyiqlərə etiraz olaraq Tehran universitetinin binasının qarşısında tamamilə soyunan gənc qadını dərhal azad etməyə çağırıb.

Bizimxeber.az bildirir ki, İran hakimiyyəti noyabrın 2-də universitetin qarşısında küçədə alt paltarına qədər soyunan tələbə qızı həbs edib.

Videonu əvvəlcə tələbə kanalı Əmir Kəbir, daha sonra isə Hengaw, Amnesty İnternational və başqaları insan haqları qrupu yayıb.

“Azadlığa çıxana qədər hakimiyyət onu işgəncə və pis rəftardan qorumalı, onun ailəsi və vəkili ilə görüşmək imkanı olmalıdır”, - Amnesty qeyd edib.

“Döymə və cinsi zorakılıq xəbərləri müstəqil və qərəzsiz araşdırılmalıdır", - hüquq müdafiə təşkilatı yazıb.