Amerikalı generallar birgə təlimlərlə bağlı Ermənistana gedib

İki amerikalı general “Eagle Partner 2023” birgə təlimləri üçün Ermənistana gedib.

Bu barədə ABŞ-ın İrəvandakı səfirliyinin mətbuat xidməti məlumat yayıb.

Onlar 10-cu dağ diviziyasının komandiri, general-mayor Qreqori Anderson və ordunun Avropa və Afrikadakı qərargah rəisinin müavini, briqada generalı Patrik Elisdir.