AMEA Yasamal rayon Polis İdarəsini məhkəməyə verdi

Azərbaycan Milli Elmlər Akademiyası Yasamal rayon Polis İdarəsini məhkəməyə verib. 

Buna səbəb yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarma məsələsidir. Belə ki, AMEA qeydiyyata görə Yasamal rayon Polis İdarəsinə qarşı əvvəlcə Bakı İnzibati Məhkəməsində iddia qaldırıb.

Birinci instansiya məhkəməsi iddianı rədd edib. Daha sonra Milli Elmlər Akademiyası İnzibati Məhkəmənin iddianı təmin etməməsi ilə razılaşmayıb və apellyasiya şikayəti verib.