"Amazon” 10.000 işçini ixtisar etməyə hazırlaşır

ABŞ-da yerləşən e-ticarət şirkəti "Amazon” bu həftə kütləvi ixtisar planlaşdırır. 

New York Times (NYT) qəzetinin mövzu ilə bağlı anonim mənbələrə əsaslanaraq verdiyi xəbərdə Amazonun qlobal iş gücünün yüzdə 3-nə bərabər olan 10 min insanı işdən çıxarmağa hazırlaşdığı, qlobal miqyasda artan qeyri-müəyyənlik ilə bağlı xəbər verildi.

Hesabatda ixtisarların süni intellektlə işləyən virtual köməkçi Alexa kimi məhsulların daxil olduğu insan resursları, pərakəndə satış və qurğular departamentindən olacağı və bu həftə başlaması gözlənilir. Amazon hələlik məsələ ilə bağlı rəsmi açıqlama verməsə də, bu, 1994-cü ildə qurulandan bəri ABŞ şirkətinin ən böyük ixtisarı olacaq.