Alya Yaqublu Toplum TV nın işi üzrə dindirilib

Cümə axşamı jurnalist Alya Yaqublu “toplum TV  İnternet nəşrinin işilə əlaqədar şahid qismində Bakı Polis İdarəsində bir neçə saat dindirilib. 

O, təfərrüatları açıqlamadan jurnalistlərə bildirib ki, dindirmə bu nəşrin fəaliyyətilə bağlı olub. Onun sözlərinə görə, nəşrin əməkdaşlarının cinayət təqibi siyasi xarakter daşıyır, çünki nəşrin jurnalistləri qanunsuz heç nə etməyiblər, əksinə, cəmiyyət üçün çox faydalı olublar.

"1993-cü ildən ölkə hakimiyyəti müstəqil medianı ləğv etmək və ya özünə tabe etmək üçün müəyyən  məqsədi həyata keçirir. “Abzas Media”nın təqibi məhz bu məqsədin həyata keçirilməsidir”, - o hesab edir.

Buna baxmayaraq, ölkədə fikir azadlığını tamamilə məhv etmək mümkün olmayacaq, Yaqublu buna əmindir. “Biz olmayacağıq, başqaları gələcəklər. Zorakılıq və qadağalarla fikir azadlığını və demokratiyanı məhv etmək mümkün deyil", - o deyib.

Qeyd edək ki, nəşrin əməkdaşlarına qarşı irəli sürülən ittihamlar xaricdən qanunsuz maliyyələşmə ilə bağlıdır. Görünür, istintaq xarici donorlardan pulların daxil olduğu bütün mənbələri və kanalları müəyyən etməyə  və bunu mütəşəkkil  qrup tərəfindən pul qaçaqmalçılığı ittihamının təsdiqi kimi qələmə verməyə çalışır.