Almanlar qaçqınlar üçün mərkəzin tikintisinə etiraz edirlər

Almaniyada vəziyyət qızışır. Yerli sakinlər qaçqınlar üçün mərkəzin tikintisinə etiraz edirlər. İnsanlar diqqəti cəlb etmək üçün mitinqlərə gedir, maşın yürüşləri təşkil edirlər.

Almaniyanın Gera şəhərində 1,2 minə yaxın insan qaçqınların qəbulu mərkəzinin açılmasına etiraz olaraq aksiya keçirib. Müvafiq məzmunlu məqalə Spiegeldə dərc olunub.

Onlar qaçqınların planlaşdırılan köçürülməsinin əleyhinədirlər.

Bu yaxınlarda hakimiyyətin qaçqınların yerləşdiriləcəyi mərkəz açmaq planları barədə məlumat yayılıb. O, Gerada keçmiş xəstəxananın binasında quraşdırılacaq. Bundan əvvəl məlum olub ki, Norveç Ukraynadan olan qaçqınlar üçün qaydaları sərtləşdirir.