Almaniyada Ukraynadan olan 15 yaşlı qaçqına bıçaqla hücum edildi

Almaniyanın Dortmund şəhərində 15 yaşlı ukraynalı qaçqın iki dostu ilə axşam saatlarında gəzərkən küçədə bıçaqla hücuma məruz qalıb.

Bizimxeber.az bildirir ki, bu barədə Bild xəbər verir .

Nəşrin məlumatına görə, yeniyetmə əvvəlcə boyun nahiyəsindən kəsik xəsarəti alıb, daha sonra təcavüzkar bıçaqla bədəninin yuxarı hissəsinə sancıb.

Yeniyetmələr qaça biliblər. Ağır yaralı ukraynalı huşunu itirənə qədər gəzib.

Küçədə azyaşlı üçün təcili tibbi yardım həkimi gəlib, bundan sonra təcili tibbi yardım maşını ağır yaralıları klinikaya çatdırıb.

Polis fəal şəkildə cinayətkarı axtarır, adam öldürmə üzrə istintaq şöbəsi araşdırma aparır. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, hazırda ukraynalının vəziyyəti stabildir.