Almaniyada əsgəri 4 nəfəri güllələdi

Almaniyanın Aşağı Saksoniya əyalətində bir Bundesver əsgəri 4 nəfəri güllələyib.

Bizimxeber.az bildirir ki, bu barədə "Spiegel" yazıb .

Rotenburq polisi və Verdun prokurorluğu ölənlər arasında bir uşağın olduğunu bildirib. Cinayət yerləri Şessel və Botel qəsəbələrində yerləşir. Qətlin motivi şübhəlinin şəxsi münasibətləri ilə bağlı ola bilər.

Bild-in məlumatına görə, ölənlər şübhəlinin keçmiş sevgilisi, keçmiş sevgilisinin uşağı, keçmiş sevgilisinin yeni ortağı və anasıdır. Bu hələ rəsmi təsdiqini tapmayıb.

İstintaqın məlumatına görə, şübhəli şəxs təslim olub və polis tərəfindən saxlanılıb. 

Prokurorluq şübhəlinin silahının Bundesverə aid olub-olmaması ilə bağlı hələlik heç bir məlumat verməyib.

Xatırladaq ki, fevralda Almaniyanın müdafiə naziri Bundesverin maliyyələşdirilməsinə yanaşmanın dəyişdirilməsinin tərəfdarı olduğunu bildirmişdi .