Çinin ardıcıl səkkiz il Almaniyanın əsas ticarət tərəfdaşı olduğu tendensiya pozulub.
Bizimxeber.az "Reuters"ə isrinadən bildirir ki, Almaniyanın 2024-cü ilin birinci rübündə Çin ilə 60 milyard avroluq ticarəti ABŞ-la ümumi ticarətdə olan 63 milyard avrodan az olub.
Açıqlanan məlumatlar, Almaniyanın Çinə ixracının may ayında bir əvvəlki ilə nisbətən 14% azaldığını, ABŞ-a ixracın isə 4,1% artdığını göstərib.
Eyni zamanda, Almaniya Federativ Respublikasının iqtisadiyyat naziri Robert Habekin Çinə səfəri başlayır. Onun Çin rəsmilərinə Pekinin Almaniyanın ölkəyə ixracına zərər verə biləcək reaksiya riskini azaltmaq üçün AB-nin Çin elektrik avtomobillərinə tariflər barədə son açıqlamasını izah etməyə çalışacağı gözlənilir.
Qeyd edək ki, KİV-lər Almaniya hökuməti Aİ-nin Çin elektromobillərinə tətbiq etdiyi yeni tariflərin qüvvəyə minməsinin qarşısını almaq və ya bu tədbirləri tamamilə dayandırmaq mümkün deyilsə, heç olmasa yumşaltmaq üçün çalışdığını yazır.