Ali Rada onların istefasını təsdiqlədi - Yenilənib

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba vəzifəsindən azad edilib.  Bu barədə deputat Yaroslav Jeleznyak sosial şəbəkədə məlumat yayıb.

O bildirib ki, Ukrayna Ali Radası Kulebanın istefasını təsdiqləyib. 240 deputat Kulebanın vəzifədən getməsinin lehinə səs verib. Jeleznyak əlavə edib ki, Kuleba Ali Radanın iclasına qatılmayıb.

Xatırladaq ki, D.Kuleba sentyabrın 4-də istefa verməsi barədə ərizə yazıb və Radaya təqdim edib. 

***

Ali Rada ölkənin baş nazirinin müavini, reinteqrasiya məsələləri üzrə nazir İrina Vereşukun istefasını qəbul edib.

255 deputat bu qərarın lehinə səs verib. 

Qeyd edək ki, İ.Vereşuk sentyabrın 3-də istefa ərizəsini yazıb. Elə həmin gün ərizə Ali Radaya təqdim edilib.